Bakının Binəqədi rayonunda oğurluq olub.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki mağazaların birindən 60 manat, mobil telefon və danışıq kartlarının oğurlanması barədə 40-cı polis bölməsinə müraciət edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa rayon sakini Sara Bukavadze saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.