Bakının Sabunçu rayonunda yaşayış evinə basqın edənlər həbs olunub.
Teleqraf.com xəbər verir ki, 2-ci Zabrat qəsəbəsi ərazisində yaşayan Afət Əzizovanın evinə 2 maskalı şəxs basqın edib.
Maskalılar Afət Əzizova və qızı Firuzənin ağızını yapışqanlı lentlə bağlayıblar. Ana və qızı bıçaqla hədələyən quldurlar evdən 1700 manat aparıblar.
Baş verən quldurluq hadisəsi ilə bağlı 15-ci polis bölməsinə məlumat verilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Ramin Ağayev və Ceyhun Adıgözəlov saxlanılıblar. İstintaq araşdırması zamanı hər iki şəxsin əvvəllər məhkum olunduqları üzə çıxıb.
Faktla bağlı cinayət işi başlanıb.