İki kiloqramdan artıq heroini 11 min manata satmaq istəyən şəxs saxlanılıb
Teleqraf.com xəbər verir ki, Səbail rayon Polis İdarəsi narkotiklərlə mübarizə bölməsinə Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ramil İsmayılovun külli miqdarda narkotik maddə olan heroin satmaq istəməsi barədə məlumat daxil olub.
Təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs 2 kiloqram 200 qram heroini 11 min manata şərti alıcıya satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb.
Ramil İsmayılov ifadəsində heroini Biləsuvar rayonunda tanımadığı İran vətəndaşından aldığını və satmaq məqsədi ilə Bakı şəhərinə gətirdiyini etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.