13:58
Rahim Namazov (Rahim Şəkinski ləqəbli) kriminal aləmdə Lotu Quli kimi tanınan Nadir Səlifovu “Youtube”da təhqir etmişdi.
"Rəhim Şəkinski”nin təhqir etdiyi şəxslərin yaxınları tərəfindən cəzalandırıldığı ehtimal olunur. (azvision)
***
Son məlumata görə, güllələnən Rahim Namazovun vəziyyəti ağırdır, arvadı isə xəstəxanada ölüb.
***
Fransada yaşayan iki azərbaycanlı güllələnib.
Fransa mətbuatının yaydığı məlumata görə, hadisə Tuluza şəhərinin yaxınlığındakı Colomie şəhərində qeydə alınıb.
Qeyd olunub ki, “Audi” markalı avtomobildən düşən şəxs digər avtomobildə olan Rahim Namazov və həyat yoldaşına 7 güllə vurub və hadisə yerindən qaçıb.
Hər iki yaralının vəziyyətinin ağır olduğu bildirilir. Hadisə ilə bağlı yerli prokurorluq orqanı araşdırma aparır.
Qeyd edək ki, R.Namazov Azərbaycanda məhkumluq həyatı yaşayıb, o cümlədən bir dəfə dələduzluğa görə 1 il icbari həbs cəzası alıb. Azərbaycanda müxtəlif şəxslərdən pul alaraq onları aldatdığı da bildirilir. (report)
***
Jurnalist Elçin Əlioğlu da bu məsələylə toxunub və həmin şəxsin jurnalist olmadığını deyib:
“Fransada Rahim Namazov adlı “siyasi mühacir”ə, “jurnalist”ə sui-qəsd olduğu, ona və həyat yoldaşına atəş açıldığı yazılır. Müxalifət düşərgəsindəki soydaşlarımız bunu geniş müzakirə edirlər. Cənablar və xanımlar! Rahim Tofiq oğlu Namazov heç vaxt jurnalist olmayıb. Bir müddət “Əlillər” qəzetinin vəsiqəsini gəzdirmiş fırıldaqçı dələduz və fəraridir. Sonra Fransaya qaçmışdı, orada sığınacaq almaq üçün kimlərə söymədi, kimləri suçlamadı ki. Son üç həftədi Lotu Quliyə, yəni Nadir Səlifova “Roma Şəkinski” və “Opasnı Roma” kimi söyürdü. Həddən ağır söyüşlərin yer aldığı videoları da Yutubda yayırdı. Bu adam özünü “lotu” sayırdı. Onun nə siyasi mücahirlərə, nə də jurnalistlərə heç bir aidiyyəti yoxdur”.