Mingəçevir şəhərində zavodlardan birindən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, hadisə ilə bağlı Mingəçevir şəhər polis şöbəsinə müəssisənin rəhbərliyi məlumat verib.
Zavodun inzibati binasından 1 ədəd kompüter, 1 ədəd surətçıxaran aparat, 1 ədəd mühərrik və digər əşyaların oğurlandığı bəlli olub.
Oğurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun şəhər sakini Pərviz Nəbiyev olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.