Bakıda quldurluq hadisəsi baş verib.
Yasamal Rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Şərifzadə küçəsi, 131 ünvanında yerləşən aptekə 2 nəfər naməlum şəxs basqın edib.
Bıçaqla silahlanmış həmin şəxslər aptekin sahibi, 1960-cı il təvəllüdlü Quliyev Orucəli Tapdıq oğlunu vurublar.
Onlar obyekt sahibini bıçaqladıqdan sonra aptekdə axtarış aparıblar və 220 manat pulu götürərək qaçıblar.
Hazırda basqınçıların şəxsiyyətinin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.