Bakının Yasamal rayonunda mağaza qarət edilib.
Teleqraf.com xəbər verir ki, gecə saatlarında Yasamal rayon Mühafizə İdarəsinə ərazidəki qorunan marketlərin birindən həyəcan siqnalı daxil olub.
Dərhal 2-ci Alatava yaşayış sahəsindəki həmin ünvana gələn idarənin əməkdaşları orada oğurluğa cəhd edən şəxsi cinayət başında yaxalayıblar.
Həmin şəxs barəsində müvafiq tədbir görülməsi üçün 29-cu polis şöbəsinə təhvil verilib.
Şöbədə aparılan araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sənan Zeynalov olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.