Bərdə rayonunda iki qardaşın şantaj edilməsi barədə polisə məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, martın 31-də Bərdə rayon sakini Fərhad Məmmədov naməlum şəxslər tərəfindən şantaj edilib.
Həmin şəxslər Fərhad Məmmədovdan 9 min manat verməsini tələb ediblər.
Bundan sonra, həmin şəxslər aprelin 2-də Fərhad Məmmədovun qardaşını eyni miqdarda pul verməsi üçün şantaj ediblər.
Baş verən hadisə ilə bağlı Fərhad Məmmədov Bərdə rayon polis şöbəsinə müraciət edib. O bildirib ki, Nursani və Elnur adlı şəxslər ondan və qardaşından hədə-qorxu yolu ilə 9000 manat pul tələb ediblər.
Məlumatla əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini Nursani Hüseynov və Ağdam rayon sakini, əvvəllər məhkum edilmiş Elnur Quliyev saxlanılıb.
Polis şöbəsinə gətirilən şəxslərin üzərinə şəxsi baxış keçirilən zaman Nirsani Hüsiyevdən 6.32 qram heroin və 3.18 qram marixuana, Elnur Quliyevdən isə 5.98 qram heroin aşkar edilib.
Faktla bağlı cinayət işi başlanıb.