9 Aprel 2018 11:19
1 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda general Səmədbəy Mehmandarovun nəticəsinə dələduzluqluqda təqsirli bilinən Zaur Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Zaur Əsgərovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

Zaur Əsgərov 2 il müddətinə şərti cəza alıb və azadlığa buraxılıb.

Qeyd edək ki, prokuror Zaur Əsgərovun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

İttihama görə, Zaur Əsgərov general Səməd bəy Mehmandarovun nəticəsi Aygün Mehmandarlıya qarşı dələduzluq edib. O, qızıl ticarəti adı altında 12 min manat məbləğində pul alıb və sonrada dələduzluq yolu ilə ələ keçirib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər