9 Aprel 2018 17:12
1 783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda törədilmiş qətlin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, rayonun Mollaoba kənd qəbristanlığında kənd sakini Urfan Həsənovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Meyitin tapılması barədə Masallı rayon polis şöbəsinə məlumat verilib.

Polis və prokurorluq əməkdaşlarından ibarət əməliyyat qrupu hadisə yerinə gəlib.

Məlum olub ki, Urfan Həsənov həmin ərazidə qətlə yetirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini İlqar Camalov tutulub.

İstintaq araşdırması zamanı İlqar Camalovun əvvəllər məhkum olunduğu üzə çıxıb.

Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər