10 Aprel 2018 10:06
2 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, bu, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Gülnar Mirzəyevadır.

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilən Gülnar Mirzəyevanın barəsində bir qrup şəxs idarəyə müraciət edib.

Müraciət edən zərərçəkmiş qadınlar bildiriblər ki, Gülnar Mirzəyeva onları aldadaraq, işləmək adı ilə Türkiyənin İstanbul şəhərinə aparıb.

Orada onların ümumvətəndaş paportlarını əlindən alaraq, otellərdə başqa-başqa kişi müştərilərlə pul əvəzində görüşdürüb, pul qazanıb.

İstintaq araşdırması zamanı məlum olub ki, Gülnar Mirzəyeva əvvəllər məhkum olunmayıb, o, həm də subaydır.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər