Bakının Qaradağ rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Lökbatan qəsəbəsində yerləşən “Ağrovest” adlanan bazarda nəzarətçi işləyən, paytaxt sakini Elnur Vəliyevə məxsus “Samsung” markali mobil telefon oğurlanıb.
Oğru qaçmaq istəyərkən zərərçəkmiş səs-küy alıb. Bu zaman ərazidə xidmət aparan mühafizə polisinin əməkdaşları telefon oğrusunu yaxalaya biliblər.
Onun barəsində tədbir görülməsi üçün 10-cu polis bölməsinə təhvil verilib.
Araşdırmalar zamanı məlum olub ki, cinayəti törədən Abşeron rayon sakini, 1992-ci il təvəllüdlü Toğrul Əliyevdir.
Onun əvvəllər Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq törətmək) və 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) maddələri ilə məhkumluq həyatı yaşayıb.
Faktla bağlı cinayət işi başlanıb.