Xaçmaz rayonunda əxlaqsızlıq yuvasının aşkar olunması ilə bağlı əməliyyat keçirilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib.
Məlumata görə, idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayon sakini, 1993-cü il təvəllüdlü Araz Əliyev tutulub. Onun işlədiyi Xaçmaz rayonu, Nabran qəsəbəsində yerləşən “Edem” istirahət mərkəzində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov