Türkiyədə axtarışda olan Mustafa Ceyhan Yaşar oğlunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğun təqdimatı üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dövlət ittihamçısının ötən proses verdiyi vəsatətlə müzakirə edilib.
Qeyd edək ki, ötən prosesdə prokuror təqsirləndirilən şəxsin həbs müddətinin uzadılmasını və onunla bağlı Dövlət Miqrasiya Xidmətinə və BMT-yə soruğu verilməsini istəyib.
Təqsirləndirilə şəxsin vəkili də sorğularla bağlı verilən vəsatətin təmin edilməsini, lakin həbs müddətinin uzadılması ilə bağlı vəsatətin təmin edilməməsinin istəyib.
Daha sonra hakimlər qərar qəbul etmək üçün müşavirəyə yollanıb.
Müşavirədən qayıdan hakimlər qərar qəbul edib.
Məhkəmə vəsatətlər təmin edib. Mustafa Ceyhanın həbs qətimkan tədbiri seçilib. Sorğular da cavab gözləniləcək.
Bu səbəbdən növbəti proses aprelin 30-da davam edəcək.
İttihama görə, Türkiyə vətəndaşı Mustafa Ceyhan Fətullahçı Terror Təşkilatını (FETÖ) üzvü olmaqda ittiham edilərək, barəsində ölkəsində axtarış elan olunub. O, ötən ilin aprel ayında Gürcüstan Respublikasından Azərbaycana qanunsuz yolla keçmək istəyən zaman həbs edilib.
Qazax rayon Məhkəməsinin hökmü ilə Mustafa Ceyhan Azərbaycan Respublikasının sərhədlərini qanunsuz yolla keçməyə cəhd etməkdə ittiham olunaraq, 1 il müddətinə azadlıqdan məhrum edilib.
Daha sonra Türkiyə Respublikası Mustafa Ceyhanın ekstradisiya olunması ilə bağlı Azərbaycana müraciət edib.