Bakının Nəsimi rayonunda evlərin birindən 1800 manat və 3000 manat dəyərində qızıl əşyalar oğurlanıb.
Teleqraf.com xəbər verir ki, 20-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Etibar Kərimov saxlanılıb.