11 Avqust 2014 15:18
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayonunun Seydimli kəndi ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Kəlbəcər rayon sakini Asif Məmmədovun idarə etdiyi “VAZ-2106” və Goranboy rayon sakini Ruslan Mustafayevin idarə etdiyi “ZİL” markalı avtomobillər toqquşub. A.Məmmədov hadisə yerində ölüb.

Daha bir yol nəqliyyat hadisəsi Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb. Azaflı kənd sakini Samir Allahverdiyev idarə etdiyi "VAZ 21015" markalı avtomobili yolun kənarında dayanmış Ağbulaq kənd sakini Cavanşir Məmmədova məxsus “VAZ-2106” markalı avtomobilə vurub.

Nəticədə S.Allahverdiyev, C.Məmmədov və sərnişinləri Əsrik Cırdaxan kənd sakinləri Məsim Nağıyev, Telli Verdiyeva xəstəxanaya yerləşdirilib, M.Nağıyev orada ölüb.

Hacı Zeynalov


Müəllif: