Şəmkir rayonununda bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb. Kənd sakini Əzəmət Həsənov və Ağsu şəhər sakini Tural Ələkbərov münaqişə zəminində bir-birinə bıçaqla xəsarət yetiriblər.
Tural Ələkbərov hadisə yerində ölüb, Əzəmət Həsənov xəstəxanaya yerləşdirilib.
Hacı Zeynalov