Sumqayıt şəhərində 9 evdən oğurluq edilməsi barədə polisə məlumat verilib.
Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsi 1-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin mart ayından iyunun 1-dək olan müddətdə şəhər ərazisində 9 evdən təmir-tikinti alətləri, elektrik naqilləri, inşaat materialları, qızıl-zinət, məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakinləri Tasim Dadaşov və Rüfət Abasəliyev saxlanılıblar.
Araşdırmalarla onların cinayət yolu ilə əldə etdikləri əşyaları metal qəbul edən 3 məntəqəyə satdıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.