Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini 76 yaşlı Ələsgər Dadaşov yaşadığı evdə öldürülüb.
Hadisənin kim tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.