5 İyun 2018 11:29
3 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda adam oğurluğu və dələduzluqda təqsirli bilinən Arifə Sadıqovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Arifə Sadıqova 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində ev dustaqlılığı qətimkan tədbiri ləğv edilib və məhkəmə zalında həbs olunub.

İttihama görə, Arifə Sadıqova adam oğurluğu, dələduzluq və digər cinayətlərdə ittiham edilib. O, bundan əvvəl də bir neçə dəfə həbs olunub.

Istintaq sənədlərinə görə, Arifə Sadıqova bir neçə il əvvəl Nərimanov rayonu A.Heydərov küçəsində kirayədə yaşadığı mənzildə əxlaqsızlıq yuvası təşkil edib. O, həmin yuvada qadınları fahişəliyə cəlb edib.

Lakin ailə vəziyyəti nəzərə alınaraq, həmin dövrdə o, həbs olmayan cəza növü ilə cəzalandırılıb.

Bundan sonra o, adam oğurluğu və dələduzluq cinayətlərinə imza atıb.

Belə ki, Arifə Sadıqova ötən il tanışı Aynurə Hüseynovanı oğurlayıb, onu fahişəliyə cəlb edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər