11 İyun 2018 11:11
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, daxil olmuş məlumat əsasında Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Suqovuşan kənd sakini, 31 yaşlı Vüqar Səmidov saxlanılıb.

Polis əməkdaşları tərəfindən ona məxsus fermaya baxış keçirilib.

Bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 32 ədəd çətənə kolu və 4 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilib.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.


Müəllif: Hacı Zeynalov