Bu mövsümün çimərlik statistikası açıqlanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətindən (DSXX) Teleqraf.com-a verilən məlumata görə, 2014-cü ildə 176 nəfər dənizdə xilas edilib. 38 nəfər isə qeyri-çimərlik ərazisində boğulub.
DSXX-nın təbliğat və təşkilat sektorunun müdiri Mansur Piriyevin sözlərinə görə, çimərliklərə üz tutanların əksəriyyətinin azyaşlılar və yeniyetmələr olduğundan dünyasını dəyişənlərin əksəriyyəti də elə bu yaş kateqoriyasına aiddir: “Bəzən valideynlərin məsuliyyətsizliyi sonda xoşagəlməz hadisələrin baş verməsinə gətirib çıxarır. Yeniyetmələr və uşaqlar həmin qeyri-çimərlik ərazilərində çimirlər. Bu da məktəblərin bağlanması ilə bağlıdır. Bəzən uşaqlar valideynlərini aldadırlar və icazə alıb dənizə gəlirlər və qeyri-çimərlik ərazilərində çimirlər”.
Hazırda çimərliklərdə 400-ə yaxın xidmət əməkdaşı fəaliyyət göstərir.
Naibə