12 İyun 2018 13:21
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaçaqmalçılıqda təqsirli bilinən İran İslam Respublikasının vətəndaşı Pişehvaz Sorushun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Növbəti proses iyunun 22-də davam edəcək.

İttihama görə, Pişehvaz Sorush hava limanında saxlanılıb. Onun üzərinə baxış zamanı bəyan edilməmiş 30 min ABŞ dolları məbləğində pul aşkar olunub.

O, Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər