16 İyun 2018 00:39
1 706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhərində 19 yaşlı Alparslan K anasına şillə vuran atasını bıçaqlayaraq qətlə yetirib.

Teleqraf.com xəbər verir ki, 48 yaşlı S.K ailə daxilində baş vermiş münaqişə zamanı öncə oğullarını, daha sonra həyat yoldaşı Necip K-nı vurub.

Atasının anasına şillə vurmasına etiraz olaraq Alparslan K mətbəx bıçağı ilə valideynini öldürüb.

Fakt üzrə cinayət işi açılıb. Alparslan K həbs edilib.


Müəllif: Teleqraf.com