Samux rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Ağasıbəyli kəndində qazpaylayıcı stansiyada nəzarətçi işləyən, 1988-ci il təvəllüdlü Rəşad Məhərrəmov iş yoldaşı 1966-cı il təvəllüdlü İntiqam Əhmədov ilə birgə kafedə yemək yeyəndən sonra onu bıçaqlayaraq öldürüb.
Rəşad Məhərrəmov saxlanılıb.
Faktla bağlı Samux rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başıanıb.