16 İyun 2018 16:10
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayon Polis İdarəsi əməkdaşları tərəfindən oğurluq etməkdə şübhəli bilinən Asif Ağayev tutulub.
Teleqraf.com xəbər verir ki, Asif Ağayevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə başqa-başqa cinayətləri üzə çıxıb
Onun bu ilin yanvar-iyun ayları ərzində rayon ərazisindəki 17 evdən ümumilikdə 1900 manat, 6500 ABŞ dolları, 150 avro nağd pul, xeyli sayda qızıl-zinət və gümüş əşyalar, 2 ədəd kombi aparatı, 3 ədəd televizor, qol saatı, yataq dəsti, məişət və geyim əşyaları və təmir-tikinti alətləri oğurlaması müəyyən edilib.


Müəllif: Hacı Zeynalov