17 İyun 2018 13:54
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşlədiyi şirkətin puluni mənimsəməkdə təqsirli bilinən Niyal Cabbarovun barəsində olan hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Niyal Cabbarovun apelyasiya şikayəti təmin edilməyib.

Niyal Cabbarov Bakıda şirkətlərin birində satış meneceri vəzifəsində çalışıb. O, şirkətin 14 min manatını mənimsəməkdə təqsirli bilinib. İstintaq dövründə Niyal Cabbarovun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Niyal Cabbarov 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalında həbs olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər