Türkiyənin Şanlıurfa şəhərinin Suruç rayonunda hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı İbrahim Halil Yıldız və onunla birlikdə seçki kampaniyası aparan şəxslərə silahlı hücum edənlərdən biri həbs edilib.
Teleqraf.com xəbər verir ki, hücum zamanı deputatın qardaşı da daxil olmaqla üç nəfər öldürülüb, 9 nəfər yaralanıb.
Hücumun PKK terrorçuları tərəfindən törədildiyi qeyd olunub.