21 İyun 2018 11:08
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

FETÖ işi ilə əlaqədar Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı İsa Özdəmirin ölkəsinə ekstradisiyası ilə bağlı məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə Ədliyyə Nazirliyinin nümayəndəsi çıxış edib.

Nümayəndə bildirib ki, Türkiyə tərəfindən İsa Özdəmir öz ölkəsinə ekstradisiya ediləcəyi təqdirdə ona qarşı heç bir təzyiq olunmayacağı ilə bağlı yazılı müraciət alıblar: “Ona qarşı qeyri-insani hərəkət olmayacaq, bütün hüquqları təmin olunacaq”.

Nümayəndənin sözlərinə görə, bununla bağlı BMT nümayəndəliyinə müraciət edilib, həmin qurumdan da cavab gözləyirlər. Məhkəmə həmin sənədləri də işə əlavə olunacağını deyib.

Növbəti proses iyulun 4-də davam edəcək.

İsa Özdəmir Fətullahçı Terror Təşkilatına üzvü olmaqda ittiham edilir. Türkiyə tərəfindən beynəlxalq axtarışa verilən İsa Özdəmir Azərbaycanda həbs edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər