15 Avqust 2014 10:34
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda bədbəxt hadisə baş verib.

Bu barədə Teleqraf.com-a Qaradağ rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə Qobustan qəsəbəsində qeydə alınıb. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin dəniz üzərindəki estakadalarından keçən yüksək gərginlikli elektrik naqilini kəsmək istəyən 1988-ci il təvəllüdlü Daşqın Qarayevi cərəyan vurub. O, hadisə yerində ölüb.

İlkin ehtimala görə, Daşqın qarayev elektrik naqillərini oğurlamaq məqsədilə kəsirmiş.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər