Kriminal aləmdə Emin Naxçıvanski kimi tanınan Emin Qasımovun barəsində hökmdən verilən kasasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayəti üzrə qərar elan edilib.
Qərara görə, kasasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə Emin Qasımov 2 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Emin Qasımov apelyasiya şikayəti verib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Nərimanov rayon Məhkəməsinin hökmü dəyişidirilib. Yeni hökmə əsasən, Emin Qasımovun barəsində təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası 1 ilə endirilib.
Emin Qasımov Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq soyuq silah saxlama) maddəsi ilə təqsirli bilinib.
Emin Qasımov dəfələrlə məhkumluq həyatı yaşayıb.
Onun qanuni oğru, mərhum Rövşən Lənkaranskinin silahdaşı Hacı Beyləqanski ilə yaxın münasibətdə olduğu bildirilir.
Həmçinin Emin Qasımovun qardaşı Elnur Qasımov da kriminal aləmdə “Qardaşoğlu” ləqəbi ilə tanınır. O da bir müddət əvvəl həbsdən azadlığa çıxıb.