2 İyul 2018 14:17
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə qəfil dünyasını dəyişən həkimin öldürüldüyü məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iyunun 30-da Şəki rayon mərkəzi xəstəxanasından daxil olmuş məlumatda şəhər sakini Ələsgər Teymurovun həkim işlədiyi təcili tibbi yardım stansiyasının həyətində öldüyü bildirilib.

Məlum olub ki, o, baş nahiyəsində xəsarət alıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Ələsgər Teymurovun həmin gün yaşadığı evin qarşısında qonşusu Şahin Mirzəyevlə mübahisə etməsi və bu zaman Şahin Mirzəyevin onun baş nahiyəsinə küt alətlə xəsarət yetirməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə Şahin Mirzəyev saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər