Həbsxanada cəza çəkən kriminal aləmdə “Dəli Samir ləqəbi ilə tanınan Samir Aslanovun işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Məhkəməsində hakim Süleyman Ağayevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, Samir Asalnov cəza çəkmə rejimi qaydasını pozub.
Ona qarşı Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə ifadə verən Samir Aslanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
Növbəti proses iyulun 12-də davam edəcək.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Aslanov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun barəsində olan hökm qüvvədə saxlanılıb.
İttihama görə, 2015-ci ilin martında Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Samir Aslanov saxlanılıb. Onda 1 ədəd avtomat və 10 qram heroin aşkarlanıb.
Samir Aslanov kriminal aləmdə Dəli Samir ləqəbi ilə tanınıb.