Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə axşam saatlarında silahlı hücum olub.
Axar.az xəbər verir ki, hücum edən 1982-ci il təvəllüdlü, axtarışda olan Yunis Səfərovun açdığı atəş nəticəsində Elmar Vəliyev və onun mühafizəçisi yaralanıb. Y.Səfərov saxlanılıb.
Güllə yarası alan E. Vəliyev və onun mühafizəçisi Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb.
Məlumata görə, hadisəni törədən şəxs əvvəllər axtarışda olub.