Şabran rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə iyulun 9-da saat 21 radələrində qeydə alınıb.
Şabran rayon sakini Rəşid Əhmədov xəsarətlə xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq Rəşid Əhmədovun həyatını xilas etmək mümkün olmayıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində cinayəti rayon sakini Ağayəhya Abbasovun münaqişə zəminində törətdiyi müəyyən edilib.
Görülmüş tədbirlərlə Ağayəhya Abbasov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.