15 İyul 2018 14:55
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Mərdəkan qəsəbəsində 1989-cu il təvəllüdlü Heydər Məmmədovun evindən 14 min manatlıq qızıl oğurlanıb.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Hazırda evdən oğurluq edən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov