21 İyul 2018 12:31
1 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan qadınlarını Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxsin barəsində cinayət işi başlanıb.

Teleqraf.com xəbər verir ki, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam rayon sakini, 1968-ci il təvəllüdlü Gülər Məmmədova saxlanılıb.

Güllər Məmmədovanın Azərbaycan Respublikası vətəndaşı olan qadınları Türkiyə Respublikasının Ankara şəhərinə apararaq insan alverinə məruz qoyması faktı müəyyən edilib.

Hazırda faktla bağlı araşdırma davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər