22 İyul 2018 15:49
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nənəsini silahla vuran şəxs polis təqibindən qaçarkən super- marketdə daxil olub və oradakı şəxsləri əsir götürüb.

Teleqraf.com xəbər verir ki, hadisə ABŞ-ın Kaliforniya ştatında yaşanıb.

Los-Anceles polisi bildirib ki, 28 yaşlı cinayətkar nənəsini güllələdikdən sonra onun avtomobili ilə hadisə yerindən qaçmağa çalışıb.

Polisin təqibi nəticəsində avtomobilini yolun kənarındakı dirəyə vuran cinayətkar daha sonra super-marketə daxil olaraq, oradakıları əsir alıb. Cinayətkarla polis arasında baş verən atışma zamanı super-marketdə olan bir qadın ölüb.

Super-marketdə təxminən 40-50 nəfəri əsir alan cinayətkar sonda polisə təslim olub. Hadisə zamanı yaralanan 6 nəfər xəstəxanaya göndərilib.


Müəllif: Cavad

Oxşar xəbərlər