18 Avqust 2014 10:49
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda ana və qızının intihar etməsi faktı ilə bağlı həbs olunan yoxdur.

Bu barədə Teleqraf.com-a Bakı şəhər prokurorunun köməkçisi Günel Əkbərova məlumat verib.

Onun sözlərinə görə, həmin faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb və hazırda istintaq hərəkətləri davam etdirilir. Günel Əkbərova deyib ki, bəzi KİV-də həmin hadisə ilə bağlı ailə başçısı Asəf Fərzəliyevin həbs edilməsi barədə yayılan məlumatlar isə həqiqəti əks etdirmir.

Qeyd edək ki, bir neçə gün əvvəl Yeni Yasamal 2, ev 10 ünvanında 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Aytac Asəf qızı Fərzəliyeva özlərini yaşadıqları binanın 9-cu mərtəbəsindən ataraq intihar ediblər. İki üzvü intihar edən ailənin bir neçə gün əvvəl 14 yaşlı qızları itkin düşüb.

Mətbuatda intihar faktı ilə bağlı Asəf Fərzəliyevin həbs olunması xəbəri yayılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər