Bakının Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Balaxanı qəsəbəsindəki mağazalardan birinə gəlmiş naməlum şəxs satıcı Mmənzurə Şahbazovaya zor tətbiq edib və kassadan 10 manat pul aparıb.
12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ceyhun Talıbov saxlanılıb.