Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Sabunçu rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, Bakı şəhər sakini Əlisəfa Məmmədov özünü asaraq ölüb. Onun intihar etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov