21 Avqust 2018 07:35
1 741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Batman şəhərinin mərkəzində marketlərin birində ata 4 yaşlı qızının gözləri önündə həyat yoldaşını bışaqlayıb.

Teleqraf.com xəbər verir ki, Abdurrahman İ. boşanmaq ərəfəsində olduğu həyat yoldaşı Cahide İ.ni (40) öldürmək üçün marketə girib. Silahlı ata körpə qızının gözləri önündə qadına çoxsaylı bıçaq zərbəsi endirib.

Market işçilərinin müdaxiləsi nəticəsində yaralı qadını silahlı ərdən uzaqlaşdırmaq mümkün olub. Yaralı dərhal xəstəxanaya çatdırılıb. onun vəziyyəti ağır olaraq qalır.

Abdurrahman İ. isə həbs edilib.


Müəllif: Teleqraf.com