19 Avqust 2014 11:40
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayon Polis Şöbəsində ölüm hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, 1953-cü il təvəllüdlü Məhərrəm Abbasov polis şöbəsinin müvəqqəti saxlanma təcridxanasında ölüb. Məhərrəm Abbasov infarktdan dünyasını dəyişib. Onun dindirilməsi üçün polis şöbəsinə gətirildiyi bildirilir.

Məhərrəm Abbasov Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə təqsirləndirilirdi və məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilmişdi.

İttihama görə, Məhərrəm Abbasov yol qəzasını bu ilin iyunun 14-də törədib. Məhərrəm Abbasovun və Vüsal İsmayılovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. Xəsarət almış Məhərrəm Abbasov və sərnişini, şəhər sakini Gülər Teyfi-İbadova, habelə Vüsal İsmayılov və sərnişini Adil Cəfərov xəstəxanaya yerləşdirilib. Gülər Teyfi-İbadova orada ölüb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər