27 Avqust 2018 15:05
1 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aqroinvest Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İdarə Heyətinin sədri Əyyub Əhmədovun barəsində cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı avqustun 31-nə təyin edilib.

Əyyub Əhmədov MMC-nin 470 min manat pulunu mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Aqroinvest Kredit İttifaqı Azərbaycan Mərkəzi Bankınin 2001-ci il tarixli daimi lisenziyasina əsasən yaradılıb.

Aqroinvest Kredit İttifaqı MMC kimi 6 aprel 2001-ci ildə İmişli şəhərində təsis olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər