28 Avqust 2018 10:29
2 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samux rayonunda arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən 1981-ci il təvəllüdlü Ağamir Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, bu il aprelin 30-da Samux rayon polis şöbəsinə ərizə ilə müraciət edən Kolayır kənd sakini Azadil Qəhrəmanova bir gün əvvəl axşam saatlarında qonşuluqda yaşayan bacısı Ləmanla əri, əvvəllər məhkum olunmuş Ağamir Səmədov arasında münaqişə olduğunu və bu səbəbdən bacısının evdən getdiyini bildirib.

Dərhal polis və prokurorluq orqanları əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və həmin gün Ağamir Səmədovun yaşadığı evdə münaqişə zəminində arvadı, 1983-cü il təvəllüdlü Ləmanı döyərək qətlə yetirməsi, cəsədini isə "VAZ-21011” markalı avtomobildə Qırmızı Samux kəndinin meşə zolağına apararaq orada basdırması müəyyən edilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri ilə Ağamir Səmədov tutulub. Ləman Səmədovanın meyiti eksqumasiya edilib.

Onların birgə nikahlarından 3 övladları var.

İstintaq müəyyən edib ki, Ağamir Səmədov bundan əvvəl məhkumluq həyatı yaşayıb.

İstintaq orqanı tərəfindən Ağamir Səmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Növbəti proses avqustun 31-də davam edəcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər