19 Avqust 2014 16:21
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 2 azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

Teleqraf.com-un FHN-nin saytına istinadən verdiyi xəbər görə, müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə eyvanından enərək daxil olublar.

Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilib.

Naibə


Müəllif:

Oxşar xəbərlər