Lənkəran şəhərindən bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Lənkəran şəhər Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə şəhərin Nərimanabad-1 qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Ramin Salayev bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirli bilinən qəsəbə sakini Natiq Məhərrəmov tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığına ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov