Gəncə şəhərində oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Nizami rayon ərazisində qeydə alınıb.
Rayon ərazisindəki mağazaların birindən 270 manat, tütün məmulatı və ərzaq məhsulları oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gülüstan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Eşqin Fətullayev saxlanılıb.