5 Sentyabr 2018 10:56
2 742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı metropoliteninin Nəsimi stansiyasında bıçaqlanma hadisəsi törədən şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, 1972-ci il təvəllüdlü Elnarə Quliyevanı bıçaqlayan keçmiş əri, 1972-ci il təvəllüdlü Vahid Abdullayev tutulub.

Məlumata görə, avqustun 4-də, axşam saatlarında Vahid Abdullayev metronun Nəsimi stansiyasında keçmiş arvadı Elnarə Quliyeva ilə mübahisə edib.

Onların mübahisəsi davaya çevrilib. Vahid Abdullayev Elnarə Quliyevanın ürək nahiyəsinə bıçaqla xəsarət yetirib.

Elnarə Quliyeva xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Bildirilir ki, hadisə qisqanclıq zəminində baş verib. Elnarə Quliyevanın başqa bir kişi ilə münasibət saxlaması keçmiş ərində qısqanclıq hissi oyadıb. Buna görə də onların arasında mübahisə yaranıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər