6 Sentyabr 2018 13:09
1 329
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayonunda dələduzluq faktı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, sentyabrın 5-də Kürdəmir rayonunun Ərşəli kənd sakini olan qadın dələduzluqla üzləşməsi barədə polis şöbəsinə müraciət edib.

O bildirib ki, sentyabrın 4-də evinə gələn həmkəndlisi Ramiz Hüseynov ona dəyişmək məqsədilə 81 ədəd 50 ABŞ dollarlıq əskinas verib.

Qadın sonradan həmin əskinasların saxta olduğunu görüb.

Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən Ramiz Hüseynovun evinə baxış zamanı dövriyyədən çıxarılmış 9640 belarus rublu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər